Pareto qanunu

Pareto qanunu, Pareto prinsipi və ya 20-80 prinsipiiqtisadçı və sosioloq Vilfredo Paretonun şərəfinə adlandırılmış empirik qaydadır. Mahiyyət etibarilə qısa formada belə qeyd etmək olar : əməyin 20%-i nəticənin 80% ni təmin edir, geridə qalan 80% sərf olunmuş əmək isə cəmi 20% nəticənin yaradıcısıdır. Bu qayda, qanun  müxtəlif istiqamətli fəaliyyət sferalarında effektivlik faktorlarının analizində istifadə olunur və belə nəticəyə gəlinir ki, planlıaşdırılmış fəaliyyətin əhəmiyyətli hissəsinə ən vacib minimum zəruri resursları cəlb etməklə əldə etmək mümkündür,belə ki, sonraki artımlar və cəhdlər effektiv deyil və ya ümid olunan nəticəni təmin etmir.[1]

Bu qanunun meydana gəlməsi iqtisadçının 20-ci əsrin əvvəllərində vətənində - İtaliyada gəlirlərin bölüşdürülməsi ilə bağlı apardığı araşdırmaların nəticəsilə bağlıdır. Belə ki, müəyyən olunmuşdur ki, sərvətin 80% əhalinin 20%in əlində cəmlənmişdir. Bu maraqlı fakt onu bir qədər fikirləşməyə vadar edir və davamlı apardığı  araşdırmalar nəticəsində rəqəmlərin nisbətinin qorunub-saxlanıldığını görür.

20-ci əsrin sonlarında Pareto qanunu çox populyarlaşdı və maraqlıdır ki, o hər sferada işləyirdi.[2]

  1. "Arxivlənmiş surət". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
  2. "Arxivlənmiş surət". 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.

Developed by StudentB